Seismology.Az
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində
Respublİka Seysmoloji Xİdmət Mərkəzi
AMEA nəzdində Respublika
Seysmoloji Xİdmət Mərkəzi

İsmayıllı seysmik stansiyası

Koordinatlar:
40.790 N, 48.180 E
Yaranma tarixi:
2003-03-29

Stansiya haqqında

Rayonun ərazisi əsasən dağlıqdır. İsmayıllıda yer səthinin hündürlüyü dəniz səviyyəsindən 200 m-dən 3629 m-dək (Babadağ) dəyişir. Rayon şimaldan Quba, şərqdən Şamaxı, cənub-şərqdən Agsu, cənubdan Kürdəmir, cənub-qərbdən Göyçay və qərbdən Qəbələ rayonları ilə həmsərhəddir. İsmayıllı rayonu əsasən Baş Qafqaz silsiləsinin cənub yamacında, yüksək və orta dağlıq qurşaqda, Acınohur alçaq dağlığında və Alazan Həftəran vadisində yerləşir. Rayonun ərazisində ən yüksək zirvələr Baş Suayırıcı silsiləsində Babadağ zirvəsi (3629), Əsəddağ (3471m), Qaraburğa (3345m), Şahnəzərdağ (2874m) və Qəmçə dağıdır. (2139)

Ərazi Kaynozoyda baş verən Alp qırışıqlığı zonasına aid olduğu üçün seysmik cəhətdən çox fəaldır. Ərazidə 8-9 bal gücündə zəlzələlər müşahidə olunmuşdur. 1981 - ci ilin oktyabrında baş vermiş zəlzələ ərazidə çox böyük dağıntıya səbəb olmuş və təsərrüfata külli miqdarda ziyan vurmuşdur. Baş Suayrıcı silsiləsi əsasən mezozoyun Yura və Təbaşir yaşlı qalın çöküntülərindən təşkil olunmuşdur. Ərazinin Yura yaşlı çöküntüləri Kiçik Qafqazdan fərqli olaraq yalnız çökmə mənşəli süxurlardır. Rayonun ərazisi Azərbaycanın bütün şimal torpaqları kimi hələ miladdan əvvəldə, IV yüzillikdə mövcud olan Alban dövlətinə mənsub idi.

Zəlzələlər
Xəbərlər
Ana səhifə
Jurnallar
Əlaqə