Seismology.Az
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində
Respublİka Seysmoloji Xİdmət Mərkəzi
AMEA nəzdində Respublika
Seysmoloji Xİdmət Mərkəzi

Cəlilabad seysmik stansiyası

Koordinatlar:
39.240 N, 48.390 E
Yaranma tarixi:
2003-03-29

Stansiya haqqında

Cəlilabad rayonu 8 avqust 1930-cu ildə təşkil edilmiş, 2 iyul 1967-ci ilədək Astraxanbazar adlandırılmışdır. Rayon şimaldan Biləsuvar, şərqdən Neftçala, cənubdan Masallı, cənub-qərbdən Yardımlı rayonları, qərbdən isə İran İslam Respublikası ilə həmsərhəddir. Rayonun mərkəzi Cəlilabad şəhəri Bakı-Astara avtomobil yolunun 210 kilometrliyində yerləşir. Mərkəzi Cəlilabad şəhəridir.

Səthi, əsasən, düzənlik (Muğan düzü, qismən Lənkəran ovalığı), cənub-qərbdə alçaq dağlıqdır. Şərqdə bəzi yerlər okean səviyyəsindən aşağıdır. Antropogen, dağlıq hissədə Paleogen və Neogen çöküntüləri yayılmışdır. Yayı quraq keçən mülayim isti iqlimə malikdir. Orta temperatur yanvarda 1-3°C, iyulda 25-30°C-dir. İllik yağıntı 400-600 mm-dir. Çayları müvəqqəti axarlıdır. Allüvial-çəmən, şabalıdı, qəhvəyi dağ-meşə və s. torpaqlar yayılmışdır. Yarımsəhra, çöl, dağ-kserofit bitkiləri inkişaf etmişdir. Meşələr var. İqtisadiyyatında üzümçülük, taxılçılıq və heyvandarlıq mühüm yer tutur. Sənaye müəssisələrinin çoxu Cəlilabad şəhərindədir.

2 iyul 1967-ci ilə qədər Astraxanbazar adlandırılmışdir. 1967-ci ildə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə Azərbaycanın görkəmli yazıçısı Cəlil Məmmədquluzadənin şərəfinə Cəlilabad adlandırılmışdır.

Zəlzələlər
Xəbərlər
Ana səhifə
Jurnallar
Əlaqə