Seismology.Az
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində
Respublİka Seysmoloji Xİdmət Mərkəzi
AMEA nəzdində Respublika
Seysmoloji Xİdmət Mərkəzi

Gəncə seysmik stansiyası

Koordinatlar:
40.650 N, 46.320 E
Yaranma tarixi:
2003-03-29

Stansiya haqqında

Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə şəhəri cənub - şərqdə Kiçik Qafqazın ətəyində, Gəncə-Qazax düzənliyində, Gəncə çayının hər iki sahilində yerləşir.

XII əsrdə şəhər iki dəfə çox güclü zəlzələyə məruz qalmışdır. 1139 -cu ildə baş vermiş zəlzələ nəticəsində Gəncə viran olmuş, şəhərin sakinlərindən təqribən 250 min nəfəri həlak olmuşdur. Kəpəz dağının zirvələrindən biri uçaraq Ağsu çayının qabağını kəsmiş və beləliklə, Göygöl yaranmışdır. Gəncə seysmiklik baxımından həmişə aktiv olmuşdur. Burada 427-ci ildə (IX bal) güclü və dağıdıcı zəlzələ baş vermişdir. Tarixi məlumatlara görə, bu zəlzələ çoxsaylı dağıntı və insan tələfatına səbəb olub. Həmçinin Gəncədə 1139-cu ildə (9 bal) - bu zəlzələ nəticəsində Göy-göl yaranıb, 1235-ci ildə (8 bal) də güclü zəlzələlər baş vermişdir.

Qədim tarixə malik olan Gəncə şəhəri 1918-ci ildə qısa müddətdə Azərbaycan Demokratik Cumhuriyyətinin paytaxtı olmuşdur. Gəncə şəhəri dünyada həm də dahi Azərbaycan şairi Nizami Gəncəvinin adi ilə tanınır. Dahi N.Gəncəvinin məqbərəsi də burada yerləşir. 

Gəncə seysmik stansiyası 1954-cü ildən fəaliyyət göstərir.

Zəlzələlər
Xəbərlər
Ana səhifə
Jurnallar
Əlaqə