Seismology.Az
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində
Respublİka Seysmoloji Xİdmət Mərkəzi
AMEA nəzdində Respublika
Seysmoloji Xİdmət Mərkəzi

Yardımlı seysmik stansiyası

Koordinatlar:
38.910 N, 48.240 E
Yaranma tarixi:
2013-10-24

Stansiya haqqında

Yardımlı Azərbaycan Respublikasının inzibati rayonlarından biridir. 1920-ci ildən 1930-cu ilədək Lənkəran qəzasının Vərgədüz dairəsi adlandırılmışdır.  1930-cu ildən 1938-ci ilədək Vərgədüz rayonu kimi qeydə alınmışdır.

1938-ci ildən Yardımlı rayonu adlandırılmışdır. Yardımlı sözü qədim “Yardəm” şəhərinin adı ilə bağlıdır.  Akademik Ziya Bünyadov “Azərbaycan VII-IX əsrlərdə” kitabında verdiyi xəritədə “Yardəm” şəhərini Ərdəbil şəhərindən şimalda - indiki Yardımlı rayonunun ərazisində göstərmişdir. 

Yardımlı rayon İran İslam Respublikası və Azərbaycan Respublikasının Lerik, Masallı və Cəlilabad rayonları ilə həmsərhəddir. Cənubdan Lerik rayonu ilə sərhədinin uzunluğu 40 km, Şərqdən Masallı rayonu ilə 11 km, Şimal-şərqdən Cəlilabad rayonu ilə isə 20 km-dir. Şimal və Qərbdən qonşu İran İslam Respublikası ilə dövlət sərhədinin uzunluğu 96 km-dir. 

Rayon 30 inzibati ərazi vahidindən, 30 bələdiyyədən, 88 yaşayış məntəqəsindən, o cümlədən 1 şəhər və 87 kənddən ibarətdir.

Rayonun ən böyük və ən uzun çayı Viləş çayıdır. O, Xəzər dənizinə tökülür. uzunluğu 111km-dir. Rayon ərazisi Talış sıra dağları (Ən hündür zirvə Şahnişinidir.Hündürlüyü 2490 metrdir), Peştəsər sıra dağları (ən hündür zirvə Peştəsər zirvəsindədir 2244 mütrdir), Buravar sıra dağları ilə əhatələnir.

Zəlzələlər
Xəbərlər
Ana səhifə
Jurnallar
Əlaqə