Seismology.Az
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində
Respublİka Seysmoloji Xİdmət Mərkəzi
AMEA nəzdində Respublika
Seysmoloji Xİdmət Mərkəzi

Beyləqan seysmik stansiyası

Koordinatlar:
39.720 N, 47.550 E
Yaranma tarixi:
2013-10-23

Stansiya haqqında

Beyləqan Azərbaycan Respublikasının inzibati rayonlarından biridir. Rayon  1939-cu ilin yanvar ayında təşkil olunmuşdur. Rayona keçmiş SSRİ rəhbərlərindən biri Jdanovun  adı verilmişdir. 1963-cü ildə rayon ləğv edilərək İmişli rayonu ilə birləşmiş, Mərkəzi İmişli şəhəri olmuşdur. 1964-cü ildə yenidən ayrılaraq Jdanov olmuşdur. Azərbaycan SSR Ali Sovetinin 19 mart 1989-cu il tarixli qərarı ilə rayonun adı dəyişdirilərək ərazidə xarabalıqları qalmış qədim tarixi Beyləqan şəhərinin adı verilmişdir. Qədim Beyləqan şəhərinin əsasının IV əsrdə qoyulması ehtimal olunmaqla XIII əsrdə dağıldığı tarixi faktdır. Qədim İpək yolunun buradan keçməsi Beyləqanın Bərdə, Gəncə və Təbrizlə əlaqəsini genişləndirmişdir.

Beyləqan rayonunda bir neçə tarixi abidə mövcuddur. Bunlar Həzrəti Cərgiz Peyğəmbər ziyarətgahı, orta əsrlər dövrünü əhatə edən qədim Beyləqan şəhər xarabalığı (Örənqala) və Soltanbud təpəsidir.

Həzrəti Cərcis Peyğəmbər ziyarətgahı XVII-XVIII əsrlərdə tikilmişdir. Beyləqan şəhər xarabalığı Örənqala tarixi abidəsi rayondan 18 km aralıda yerləşən Kəbirli kəndinin yaxınlığındadır. Burada qədim Beyləqan şəhəri mövcud olmuşdur. Tarixi məlumatlara görə əsası V əsrdə qoyulmuş Beyləqan şəhəri dövrünün ən iri ticarət və mədəniyyət mərkəzlərindən biri olmuşdur. Bu şəhər XIII əsrdə monqol-tatarların işğalına məruz qalaraq tamamilə dağılmışdır. XIV əsrdə Əmir Teymur tərəfindən şəhərin yenidən inşasına başlansa da, onun ölümü ilə əlaqədar olaraq başlanmış işlər yarımçıq qalmışdır. XVI əsrdən bəri şəhər xarabalığa çevrilmiş və bir daha bərpa olunmamışdır.

Zəlzələlər
Xəbərlər
Ana səhifə
Jurnallar
Əlaqə