Seismology.Az
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində
Respublİka Seysmoloji Xİdmət Mərkəzi
AMEA nəzdində Respublika
Seysmoloji Xİdmət Mərkəzi

Bərdə seysmik stansiyası

Koordinatlar:
40.260 N, 47.170 E
Yaranma tarixi:
2003-03-29

Stansiya haqqında

Bərdə rayonu

Rayonun ərazisi Qarabağ düzünün mərkəzi hissəsindədir. Səthi az meyilli və dalğalı düzənlikdən ibarətdir. Antropogen sisteminin çöküntüləri ilə örtülüdür. Gil, çınqıl və qum yataqları var. Rayonun Muğanlı kəndində "Muğanlı suyu" adlanan müalicə əhəmiyyətli təbii bulaq mövcuddur. İqlimi mülayim isti, quru subtropikdir. Qışı quraq keçir. Orta temperatur yanvarda 1,2-1,8°C, iyulda 25,6-26,5°C-dir. İllik yağıntı 250-350 mm-dir. Rayon ərazisindən Tərtər və Xaçın çayları, şimal-şərq sərhədi boyu isə Kür çayı axır. Əsasən, boz və boz-çəmən torpaqları yayılmışdır. Təbii bitki örtüyü, əsasən, quru çöl və yarımsəhra tiplidir. Kür çayı sahilində seyrək Tuqay meşələri (ümumi sah. 7,3 min ha) var.

Bərdə şəhəri təkcə Azərbaycanın deyil, bütövlükdə Yaxın Şərqin ən qədim yaşayış mərkəzlərindəndir. Bunu arxeoloji qazıntılar zamanı tapılmış materiallar, o cümlədən Makedoniyalı İsgəndər, Arakilər və Roma imperatoru Avqust dövrünə aid pullar sübut edir. Əldə edilmiş mənbələr Bərdənin hələ e. ə. mövcud olan ölkələrlə əlaqəsi olduğunu göstərir.

Bərdə rayonu ərazisində, şəhərdə 1322-ci ildə tikilmiş Bərdə türbəsi, VI əsrə aid köhnə şəhər divarlarının (torpaq) qalıqları, XVIII əsrə aid İbrahim məscidi və qəbiristanlıq, Tərtər çayı üzərində VII-IX əsrlərə aid körpü, XIV əsrə aid Axsadan baba türbəsi, Güloğlular kəndində XVIII əsrə aid səkkizguşəli türbə vardır. Bunlar dövlət mühafizəsindədir. Ərazidə bunlardan əlavə, 1905-ci ildə tikilmiş cümə məscidi (Bərdə şəhərində), Şirvanlı kəndində XIX əsrə aid hamam, Uğurbəyli məscidi (XIX əsr), Bəhmən Mirzə Qacar məqbərəsi (1880) və s. tarixi və  memarlıq  abidələri  var.

Zəlzələlər
Xəbərlər
Ana səhifə
Jurnallar
Əlaqə