Seismology.Az
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində
Respublİka Seysmoloji Xİdmət Mərkəzi
AMEA nəzdində Respublika
Seysmoloji Xİdmət Mərkəzi

Qobustan seysmik stansiyası

Koordinatlar:
40.530 N, 48.940 E
Yaranma tarixi:
2011-04-02

Stansiya haqqında

Azərbaycan tarixinin ilk daş səhifələrini minlərlə özündə yaşadan Qobustan diyarı Böyük Qafqaz dağlarının şərq və cənub-şərq ətəklərində, Abşeron yarımadasının qərbində və cənubi-qərbində, Bakının 60 km-də yerləşən, Böyük Qafqazın (qıraq) cənubi-şərq qollarının alçaq dağlıq və dağətəyi rayonudur.  Qobustan rayonu Şamaxıdan şərq tərəfdə, Bakıdan 101 km aralıda yerləşir. Qobustanda ərazinin relyefi - dərələr, yarğanlar, qayalar, toponimik şəkildə öz əksini tapmışdır. Qobustanın adı “Qobu” sözündən götürülmüşdür. Ona görə də Qobustan qobular və yarğanlar diyarı sayılır. Ən böyük hündürlük burada 1047 m-dir. Palçıqlı, dərətəpəli, palçıqlı  gilli relyefə malikdir. Cənubunda palçıqlı yanardağlar mövcuddur. Qobustanın dağlarında Azərbaycan xalqının əcdadlarının maddi və mənəvi mədəniyyətini əks etdirən 6 mindən çox qədim rəsmlər tapılmışdır. Ən qədim rəsmlərin mezazoy erasına aid olduğu ehtimal olunur.Ancaq burada bu eradan əvvəl də yaşayışın olması istisna edilmir. Qobustan tarixi abidələrinin öyrənilməsi 1939-1940-ci illərdən başlayaraq, bu günə qədər də davam edir. Qobustanın abidələr məcmusu nadir rəsmlər kolleksiyası kimi, arxeoloji materiallar və ibtidai insanların yaşayış tərzini əks etdirən bir material kimi dünya miqyasına malikdir. 

Qalaüstü  cizgilərə Qobustandan şimala tərəf Xəzərin sahili boyunca Bakıya və Abşeron yarımadasının uzaqlarına qədər təsadüf olunur. 

Zəlzələlər
Xəbərlər
Ana səhifə
Jurnallar
Əlaqə