Seismology.Az
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində
Respublİka Seysmoloji Xİdmət Mərkəzi
AMEA nəzdində Respublika
Seysmoloji Xİdmət Mərkəzi

Xınalıq seysmik stansiyası

Koordinatlar:
41.180 N, 48.140 E
Yaranma tarixi:
2010-11-30

Stansiya haqqında

Xınaliq kəndi Quba rayonun ərazisində, Böyük Qafqaz dağlarının 2300 metr yüksəkliyində yerləşir. Tarixən xınalıqlılar, indiki Azərbaycan ərazisi sayılan Qafqaz Albaniyasında yaşayan xalqların törəmələridir. Tarixçilərin ehtimalına görə, Xınalıq kəndi hələ bizim eramızdan əvvəl salınıb. Xınalıqlıların əcdadları barədə məlumatlara Strabon və Plininin əsərlərində rast gəlinir. Qədim dövrlərdən bəri, indiki xınalıqlıların həyat tərzində çox da böyük dəyişikliklər baş verməmişdir. Xınalıqlılar özlərini Nuh peyğəmbərin nəslindən olanlar kimi sayırlar. Xınalıqlıların fikrincə, Nuh peyğəmbərin tufanı dövründə Ketş kəndi Ketş dağlarında yerləşirdi. Sonradan baş verən zəlzələ zamanı orada heç bir ev salamat qalmamışdır, bütün evlər dağılmışdır. Əhalinin çox hissəsi tələf olmuşdur. Sağ qalanlar isə, çayı keçərək kiçik bir təpəyə qalxmışlar və beləliklə, Xınalıq yaranmışdır. Həqiqətən 2000 metrdən artıq yüksəklikdə yerləşən kənd ərazisində rast gəlinən balıqqulağı və daşlaşmış balıq sümükləri burada bir vaxtlar baş vermiş tufan və daşqından xəbər verir.

Zəlzələlər
Xəbərlər
Ana səhifə
Jurnallar
Əlaqə