Seismology.Az
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində
Respublİka Seysmoloji Xİdmət Mərkəzi
AMEA nəzdində Respublika
Seysmoloji Xİdmət Mərkəzi

  "Seismoprognosis observations in the territory of Azerbaijan" jurnalı 

"Seismoprognosis observations in the territory of Azerbaijan" (“Azərbaycan ərazisində seysmoproqnoz müşahidələri”) elmi jurnalında AMEA Respublika Seysmoloji Xidmət Mərkəzində il ərzində Azərbaycan ərazisində seysmologiya və zəlzələ proqnozu üzrə aparılan elmi işlərin nəticələrinə dair məqalələr yerləşdirilir. 

Jurnal elm və istehsalat təşkilatlarında seysmologiya, zəlzələlərin proqnozu, seysmik rayonlaşdırma və seysmikdayanıqlı tikinti məsələləri ilə məşğul olan seysmoloq, geofizik və geokimyaçı mütəxəssislər üçün nəzərdə tutulmuşdur.

Jurnalda seysmologiya sahəsi ilə məşğul olan yerli və xarici ölkələrdən olan alimlərin elmi-məqalələri dərc olunur.

Jurnal Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının rəsmi qeydiyyatından keçmişdir. Jurnal ildə iki dəfə ingilis diində nəşr olunur.

Oxucularımız əməkdaşlarımızın başqa elmi jurnallarda çap olunan məqalələri ilə aşağıda tanış ola bilərlər: 

www.seismology.az/journal

 Məqalələrin qəbulu şərtləri:

Məqalələrin mətni üçün şriftlər

Təqdim olunan məqalələrin mətni komputerdə Microsoft Word 2007 (doc.; docx.) və ya  PDF (.pdf) - hər iki proqramın yeni versiyaları olmaqla yazılır.

Mətn üçün şriftlər:

Azərbaycan dilində - Times New Roman

İngilis dilində - Times New Roman

Rus dilində - Times New Roman

Səhifənin formatı

Səhifənin ölçüləri A-4 (21,0 x 29,7 sm) formatına uyğun olmalıdır. Səhifədə yazı səhifəsinin sol tərəfindən 3sm, sağ tərəfindən 1,5 sm, yuxarı və aşağı tərəflərdən isə 2 sm sahə saxlanılır.

Məqalənin adı

Təqdim olunmuş məqalələr heç bir yerdə çap olunmamış olmalıdır. Məqalənin adı müvafiq əlifbanın böyük hərfləri ilə qalın (bold) yazılır (şriftin ölçüsü 12pt, sətirlərin arasındakı məsafə bir interval),səhifənin orta xəttinə nisbətən simmetrik yerləşdirilir. Məqalələr 8-12 səhifə həcmində olmalıdır.

Müəllif (lər) in adı, atasının adı və soyadı

Məqalənin adından sonra 1 sətir boş yer saxlamaqla aşağıda müəllif(lər)in tam adı, atasının adı və soyadı qısa şəkildə qalın hərflərlə (12 pt, bir interval) və 2 intervaldan sonra təşkilatın adı və poçt ünvanı yazılır.

Müəllif (lər) in işlədiyi təşkilatın adı və ünvanı

Müəllif(lər)in adı, atasının adı və soyadından aşağıda 1 sətir boş sahə saxlamaqla kursiv şriftlə (12 pt, bir interval) müəllif(lər)in işlədiyi təşkilatın adı və ünvanı yazılaraq səhifənin mərkəzinə nəzərən simmetrik yerləşdirilir. Əgər məqalənin müəllifləri ayrı –ayrı təşkilatlarda işləyirsə, onların hər birinin ünvanı yazılmalıdır və hər bir müəllifə məxsus ünvan ərəb rəqəmləri ilə nömrələnərək dəqiq göstərilməlidir. Ünvan (lar)dan aşağıda bir sətir boş sahə keçdikdən sonra məqalənin annotasiyası verilir.

Annotasiyalar

Məqalənin (onun yazıldığı dildə) qısa məzmunu (annotasiya sözü yazılmadan) verilir (12pt).  Sətirlər arasında məsafə bir interval olmalıdır. Annoyasiyalar 50-150 sözlükdən ibarət olmalıdır. Hər bir müəllif təqdim etdiyi məqalənin annotasiyasını üç dildə -Azərbaycan, rus və ingilis dillərində (yerli alimlər), iki dildə -Rus və ingilis dillərində (xarici alimlər) təqdim etməlidirlər.

Mətnin hazırlanması

Bütün abzasların birinci sətri yazı sütununun sol kənarından bir sm geri çəkilməklə başlanılır. Məqalə mətninin sətirləri arasında məsafə 1,5 interval olmalıdır. Şriftin ölçüsü 14 pt. Mətn yığılarkən abzas başa catmamiş ENTER düyməsi basılmamalıdır. Məqalə Azərbaycan, rus və ingilis dillərində təqdim oluna bilər.

Ədəbiyyata istinad mətninin içində, mötərizədə müəllifin soyadı və nəşr ili, məs: (Rzayev, 1980) kimi veriliməlidir.

Şəkillər, cədvəllər və düsturlar

Məqalədə şəkillərin (xəritə, diaqram, sxem və s.) hər biri tərtib olunduğu proqramdan asılı olmayaraq vahid obyekt şəklində (ayrı-ayrı şəkillərin süni surətdə birləşdirilməsi yolverilməzdir) mətnin sonunda verilir və ya JPEG (*-jpeg,*.jpeg) formatında fayl şəklində verilir. Şəkilaltı yazı, şərti işarə, izah və c. Şərhlər 12 pt ölçülü qalın (bold) şriftlə yığılıb təqdim edilməlidir. Cədvəllər ardıcıl olaraq nömrələnməlidir. Məqalələrdəki bütün şəkillər eyni standartda olmalıdır.

Cədvəlin nömrəsi və adı onların üstündə 12pt plçülü şriftlə verilir.

Düsturları yazmaq üçün Microsoft equation 2 və ya 3 redaktoru istifadə edilir.

Ədəbiyyat

İstifadə olunan ədəbiyyatın siyahısı məqalənin sonunda, əlifba sırası ilə verilir: müəllif, nəşr ili, məqalənin adı, nəşr yeri.

Qeyd: Jurnalda nəşr olunmaq üçün təqdim ediləcək məqalələr əvvəlcə Redaksiya Heyəti tərəfindən risenziyaya göndəriləcək və risenziya almış məqalələr çap ediləcəkdir.

 

Zəlzələlər
Xəbərlər
Ana səhifə
Jurnallar
Əlaqə